Yaşayış mənzilləri, ofislər, kafe və restoranlar, otel otaqları, mağazalar və şəxsi evlərin interyerlərini ən xırda detallarına qədər vizuallaşdırırıq. Hər bir interyerdə mebel, dekor, tekstil, aksesuarlar və materialları yüksək keyfiyyətli 3D modellərini yaradırıq . İş prosesində daimi əlaqədə oluruq: ilkin eskizlərdən sonra razılaşdırma aparırıq 3D vizuallaşmanı edirik
Metal Konstruksiya, Metal anqarlar, Sendviç Panel, Prefabrik ev , Konteyner evlərin 3D Vizuallaşdırılması
Eksteryer 3D Vizuallaşdırılması
Eksteryer 3D vizuallaşdırması binaların, tikintilərin və xarici məkanların fotorealistik təsvirini yaradan peşəkar xidmətdir. Bu xidmət tikinti başlamazdan əvvəl layihənin real mühitdə necə görünəcəyini tam dəqiqliklə nümayiş etdirir. Binanın fasadı, pəncərələri, qapıları, dam örtüyü, pilləkənlər və bütün konstruktiv elementlərini real materiallarla təsvir edirik Yaşıllıqlar, ağaclar, insanlar, avtomobillər, velosipedlər kimi canlı elementləri əlavə edərək məkana dinamiklik və s. dekorativ elementlər əlavə edirik.
Sərgi Stendlərinin və Ticarət Adalarının 3D Vizuallaşdırılması
İnteraktiv 3D Planlaşdırma
İnteraktiv 3D planlaşdırma mənzil və məkanların daxili quruluşunu üçölçülü perspektivdə əks etdirən innovativ vizuallaşdırmadır. Bu adi 2D planlardan fərqli olaraq məkanın həcmini, otaqların yerləşməsini və ümumi strukturunu vizual olaraq anlaşılan formada , istənilən üst rakursdan təqdim edilirir. Hər otaq, dəhliz, mətbəx və sanitar qovşaqlar real ölçülərdə və düzgün proporsiyalarda modelləşdirilir. Divarların qalınlığı, qapıların açılma istiqaməti və pəncərələrin yerləşməsi dəqiq göstərilir.